Dünyanın ən kök qadını vəfat etdi

Dünyanın ən ağır çəkili qadını misirli İman Əhməd Əbdülatti Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə çəkinin azaldılması üzrə çoxsaylı əməliyyatlardan sonra vəfat edib. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu misirli qadının müalicə alıdığı Burcil xəstəxanasından deyiblər. Daha əvvəl təqribən 500 kiloqram çəkisi olan İ. Ə. Əbdülatti müalicə aldığı Mumbai şəhərindəki xəstəxanada təxminən 200 kiloqram itirib. Lakin buna baxmayaraq, onun bacısı müalicə metodlarına etibar etməyərək qadını müalicəsini davam etdirmək üçün BƏƏ-yə göndərib. Burcil xəstəxanasından bildiriblər ki, pasiyent bağırsaq keçilməzliyi və böyrək çatışmazlığından dünyasını dəyişib.

DİGƏR XƏBƏRLƏR

Top