İndoneziyanın Bali adasında Aqunq vulkanının yüksək fəallığı səbəbindən 42 mindən çox adam təxliyə olunub. “Yeniavaz.com”un “Gazeta.ru”ya istinadən verdiyi məlumata görə, bunu Qırmızı xaçın İndoneziya şöbəsindən deyiblər. Vulkanın seysmik fəallığı artır və püskürmə ehtimalı var. İndoneziya hakimiyyəti vulkanın ətrafında 12 kilometr uzunluğunda girişə qadağan zonası qurub.