Oyunçuya penalti vurmaması üçün 1 milyon avro təklif edildi

PSJ futbol klubunun prezidenti Nasir əl-Xaleyfi Edison Kavani və Neymar arasındakı münaqişəni aradan qaldırmaq naminə uruqvaylı hücumçuya bonus təklif edib. “Yeniavaz.com”un RBK-ya istinadən verdiyi məlumata görə, o, 11 metrlik cərimə zərbəsini vurmaqdan imtina qarşılığında E. Kavaniyə 1 milyon avro təklif edib. Belə olan halda PSJ-nin ştat penalti vuranı Neymar olacaq. Braziliyalı təkid edir ki, 11 metrlik cərimə zərbələrini özü vurmalıdır. PSJ ilə olan müqavilənin şərtlərinə əsasən, Fransa çempionatının ən yaxşı bombardiri olacağı təqdirdə E. Kavani 1 milyon avro alacaq. Əl-Xelayfi bombardirlik yarışının nəticəsindən asılı olmayaraq, bu bonusu uruqvaylı futbolçuya təklif edib. Ancaq E. Kavani klub sahibinin bu təklifini qəbul etməyib. İmtinadan sonra əl-Xaleyfi Neymarı öz iddialarından çəkinməyə çağırsa da, o da bununla razılaşmayıb.

Xatırladaq ki, Fransa çempionatında PSJ-nin “Lion”u 2-0 hesabı ilə məğlub etdiyi oyunda E. Kavani PSJ-nin qazandığı cərimə zərbəsini vurmaq istəyərkən Dani Alves gələrək topu uruqvaylının əlindən alıb. E. Kavani təkid etsə də braziliyalı topu verməyib. D. Alves topu Neymara verib. Cərimə zərbəsini də Neymar yerinə yetirib. Növbəti epizodların birində Mbappenin qazandığı penaltini vurmaq üçün topu E. Kavani götürüb. Bu dəfə isə uruqvaylı hücumçunun yanına Neymar gələrək topun ona verilməsini istəyir. Topu verməyi rədd edən E. Kavani 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirə bilmir.

DİGƏR XƏBƏRLƏR

Top