Rusiyada ən çox cinayət törədilən region müəyyənləşib

Moskva törədilmiş cinayətlərin sayına görə Rusiya regionlarının reytinqinə başçılıq edib.

“Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Baş Prokurorluğunun statistik məlumatında deyilir. Yanvar-iyun aylarında Rusiya paytaxtında təxminən 72 min cinayət törədilib. İkinci yerdə 41,5 min cinayətlə Moskva vilayəti qərarlaşıb. İlk üçlüyü isə Krasnodar diyarı tamamlayır. Burada hesabat dövründə 33,5 min cinayət törədilib. Sonrakı yerləri müvafiq olaraq, Çelyabinsk vilayəti, Başqırdıstan respublikası, Rostov, Tümen, Sverdlovsk, Kemerova vilayətləri və Tatarıstan tuturlar.

Ümumilikdə yarım il ərzində Rusiyada bir milyondan çox cinayət faktı qeydə alınıb, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 12,9 faiz azdır. Bununla yanaşı, onların sayı 76 vilayətdə azalıb.

DİGƏR XƏBƏRLƏR

Top