İki qardaş iki həftədir dərsə gedə bilmirlər DİREKTOR MƏKTƏBƏ GÖTÜRMÜR


Bərdə rayon sakini Fərqanə Məmmədovanın övladları Əli Məmmədov və Zamiq Məmmədov iki həftədir məktəbə gedə bilmirlər. Xətai rayonundakı 221 saylı orta məktəbin direktoru Fikrət Səlimov müxtəlif bəhanələrlə uşaqları məktəbə qəbul etmək istəmir. F.Məmmədova bildirib ki, iki həftə ərzində etdiyi bir neçə müraciətə baxmayaraq, direktor fikrindən daşınmayıb: "Ötən həftənin birinci günü məktəbə getdim. Direktora dedim ki, Bərdə rayonundan gəlmişəm, övladımın bu məktəbdə təhsil almağını istəyirəm. Əvvəlcə dedi ki, yerimiz yoxdur. Sonra xahiş elədim, dedim ki, burada başqa məktəb yoxdur axı. Dedi, get, sənəd gətir. Bərdə rayon Uğurbəyli kənd orta məktəbinin direktoru Zakir müəllim arayış vermədi. Dedilər ki, arayışsız heç bir sənəd verə bilmərik. Yenidən Bakıya qayıtdım, direktordan arayış istədim.

Üç gün ard-arda getdim, uşaqları məktəbə götürmədi. Hər dəfə bir cür bəhanə gətirdi. Bu gün yenidən məktəbə getdim ki, xahiş edim, bəlkə, götürər. Deyir ki, üçüncü sinifdə oxuyanı götürürəm, amma ikinci sinifdə oxuyanı yox. Səbəb soruşanda, yenə bəhanələr gətirdi ki, guya yer yoxdur. Üçüncü sinifdə oxuyanın da qiymət cədvəli gələndən sonra qəbul edəcək. Həyat yoldaşım bir-iki nəfərdən maraqlanıb. Deyirlər ki, direktor şirinlik (pul nəzərdə tutur - red.) istəyir, ona görə hər ikisini götürməyib".Olke.az

DİGƏR XƏBƏRLƏR

Top