Salyanda 7 min hektar sahədə pambıq əkilib

"Kənd təsərrüfatı ilə bağlı önəmli addımlar atılır. Salyanda pambıqçılığın bərpası istiqamətində işlər yaxşı gedir. Mənə verilən məlumata görə, 7 min hektarda pambıq əkilib, bu da məşğulluğu təmin edir. Minlərlə insan indi bu sahədə işləyir, pul qazanır". Bu sözləri Salyana səfər edən Azərbaycan Prezidenti İlham Əliyev yerli sakinlər ilə söhbəti zamanı deyib.
O, rayonda gedən qazlaşdırma işlərinə də toxunub: "Biz daha çox diqqəti kənd təsərrüfatı və sənaye istehsalının inkişafına yönəltməliyik. Bu istiqamətdə də addımlar atılır. Qeyd etdiyim kimi, böyük fasilədən sonra Salyanda pambıqçılıq bərpa olundu və 7 min hektarda pambıq əkilib. Bu, böyük nailiyyətdir", - deyə prezident bildirib.

DİGƏR XƏBƏRLƏR

Top