Bakı-Qazax magistralında avtomobil maneəyə çırpılıb, sərnişin ölüb

Bakı-Qazax magistralında ağır qəza baş verib. Hadisə yolun Goranboy rayonu, Dəliməmmədli şəhəri ərazisində qeydə alınıb. Hərəkətdə olan “VAZ 2199” markalı avtomobilin yolun kənarında olan dəmir maneəyə çırpılması nəticəsində sərnişin 1953-cü il təvəllüdlü Qasımova Şəfiqə Alı qızı ağır, sürücü isə yüngül xəsarət alıb. Ş. Qasımova xəstəxanaya aparılarkən yolda həyatını itirib. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.Apa

DİGƏR XƏBƏRLƏR

Top