Qaxda 3 gün əvvəl itkin düşmüş qadın tapılıb

Sentyabrın 21-də Qax rayonu ərazisində itkin düşmüş qadın tapılıb. Rayonun Qapıçay kənd sakini, 1975-ci il təvəllüdlü Rəsmiyyə Davud qızı Babayeva Qax rayon Polis şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 23-ü günorta saatlarında tapılıb. Tanışının evində olan qadın ailəsinə təhvil verilib. Qadın sentyabrın 21-i səhər saatlarında yaşadığı Qapıçay kəndindən Qax şəhərinə böyürtkən satmaq adı ilə gedib və bir daha geri qayıtmayıb.Report

DİGƏR XƏBƏRLƏR

Top