“iPhon 8” alınmır: bir günə Londonda cəmi 7 smartfon satılıb

“Apple” şirkətinin yeni “iPhone” smartfonu alıcılar arasında həmişəki kimi ajiotaj yaratmayıb.

“Yeniavaz.com”un “Rambler” portalına istinadən verdiyi məlumata görə, alıcılar “iPhone 8” smartfonu üçün növbəyə dayanmırlar. Londonda satışların ilk günündə smartfonu yeddi nəfər, Sidneydə 30 nəfər, Sinqapurda isə 50 nəfər alıb. Ekspertlərin fikrincə, bu onunla əlaqədardır ki, “iPhone 8”in göstəriciləri əvvəlkilərindən cüzi fərqlənir.

Xatırladaq ki, “Apple” yeni “iPhone”lara olan aşağı tələbata görə bir həftə ərzində 43 milyard kapitallaşma itirib.

DİGƏR XƏBƏRLƏR

Top