Futbol klubu 5 yaşlı oyunçu ilə müqavilə bağladı VİDEO

Futbol üzrə ABŞ çempionatında iştirak edən “Portlend Timbers” klubu beş yaşlı qapıçı Derrik Telles ilə müqavilə imzalayıb.

“Yeniavaz.com”un “Lenta.ru” saytına istinadən verdiyi məlumata görə, D. Telles “Orlando Siti” ilə keçiriləcək çempionat oyununun sifariş ərizəsinə salınıb.

O, matçdan qabaq isinmə hərəkətlərində iştirak edəcək və oyunçularla birlikdə ABŞ-ın himnini oxuyacaq.

Müqavilənin imzalanması “Make-A-Wish” xeyriyyə təşkilatının proqramı sayəsində mümkün olub.

Fond ölümcül xəstə uşaqlara kömək edir.

D. Telles beynindəki şişə görə üç dəfə əməliyyat olunub.

VİDEO

DİGƏR XƏBƏRLƏR

Top