Məşhur iranlı general: İŞİD 2 ay ərzində yox ediləcək

İki ay ərzində İŞİD terror qruplaşması məhv ediləcək.

“Yeniavaz.com”un “Yeni Akit” qəzetinə istinadən verdiyi məlumata görə, bunu İranın İslam İnqilabı Keşikçiləri Korpusunun tərkibindəki “Qüds” xüsusi təyinatlı qüvvələrin komandanı general-mayor Qasım Süleymani deyib. O bildirib: “Mən üç ay ərzində İŞİD-in yox ediləcəyini əvvəlcədən söyləmişdim və hazırda sizə bildirirəm ki, İŞİD-in məhv edilməsinə az qalıb, bu şərin yox edilməsini iki aydan sonra qeyd edəcəyik”.

Q. Süleymani qeyd edib ki, düşmənlər bunun şiə-sünni savaşı olduğu görüntüsünü yaratmağa çalışıblar: “Ancaq hazırda şiələr və sünnilər arasında həmişəkindən daha çox mehribançılıq var. Bu gün İraq, Əfqanıstan və Pakistandan gələn hər kəs müqəddəs türbələri qorumaq üçün könüllü gəlib”.

DİGƏR XƏBƏRLƏR

Top