
İtaliyada 40 yaşlı bir qadın özü ilə nikaha girərək "yalnız gəlin" adını qazanıb. Şimali İtaliyanın Lissona qəsəbəsində idman zallarından birində məşqçilik edən 40 yaşlı Laura Mesi ailə qura biləcəyi bir şəxs tapa bilmədiyi üçün özü ilə evlənmə qərarı verib. "Yeniavaz.com" Türkiyə KİV-nə istinadən xəbər verir ki, toy üçün 10 min avro xərc çəkən Mesi, gəlinlik geyərək 70 nəfər qonaq önündə özü ilə nikah kəsdirib.
Təkbaşına nikah şirinliyi paylayan, tort kəsən Laura Mesi öz hərəkətləri ilə diqqət çəkib.
Özü ilə evlənən İtalyan xanım daha sonra təkbaşına bal ayına çıxıb. Toyda çıxışı zamanı L. Mesi deyib: "Bu yaşıma gəldim, ancaq özümə uyğun birini tapa bilmədim. Çarəsiz qalınca özümlə evlənmək qərarı verdim. Bunun üçün isə toy təşkil etməli idim. Hər şeyi qanunun tələbinə uyğun olsun deyə, nə lazımdırsa, onu da etdim. İndi evlilik məsələsində öz özümdən cavabdehəm və çox sevincliyəm".


Tətbiqimizi yükləyə bilərsiniz