Türkiyə məhkəmələrində ən çox boşanma iddiası qaldırılır

Türkiyədə məhkəmədə qaldırılan iddialar arasında boşanma iddiaları birinci yeri tutur.

“Yeniavaz.com”un İHA-ya istinadən verdiyi məlumata görə, bunu Türkiyə Ali Məhkəməsinin II Hüquq Dairə sədri Ömər Uğur Gençcan deyib. Onun sözlərinə görə, Türkiyədə məhkəməyə edilən şikayət növləri sırasında boşanma iddiaları ilk pilləni tutur: “Bu, statistikalardan da məlumdur. Boşanma hakimin nəzarətində olan prosesdir. Boşanma prosesini vasitəçilərin qarşısında həyata keçirmək olmaz. Boşanma dövlətin nəzarəti altında baş tutmalıdır”.

DİGƏR XƏBƏRLƏR

Top