Astara Pedoqoji Kollecində Aprel şəhidinin xatirə guşəsi sökülüb

Astara Pedoqoji Kollecinin rəhbərliyinin göstərişi əsasında Azərbaycan Silahlı Qüvvələrinin giziri, 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olan Pəncəli Teymurova həsr olunan təhsil ocağındakı xatirə guşəsi sökülüb.

"Yeniavaz.com" xəbər verir ki, bu barədə Pəncəli Teymurovun döyüşçü dostları məlumat verib.

Qeyd edək ki, Pəncəli Teymurov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif edilib.

DİGƏR XƏBƏRLƏR

Top