İraqın Baş Qərargah rəisi Türkiyədə səfərdədir

İraq Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Osman Qənimi Ankaraya səfər edib.

“Yeniavaz.com”un “Habertürk” qəzetinə istinadən verdiyi məlumata görə, O. Qənimi türkiyəli həmkarı Hulusi Akarla görüşəcək. Tərəflər İraq Kürdüstan Regional Hökumətinin sentyabrən 25-də keçirməyi planlaşdırdığı referendum, İraqın ərazi bütövlüyünün qorunması istiqamətində görüləcək tədbirlər və terrorçuluqla birgə mübarizə məsələləri ətrafında fiki mübadiləsi aparacaqlar.

DİGƏR XƏBƏRLƏR

Top