MDB-də "milyonçu" şəhərlər: Bakı neçənci yerdədir? SİYAHI

Bakı əhalisinin sayına görə Müstəqil Dövlətlər Birliyinə (MDB) daxil olan ölkələrin şəhərləri arasında 5-ci yerdə qərarlaşıb. "Yeniavaz.com" MDB ölkələri tərəfindən əhalinin sonuncu siyahıyalınması ilə bağlı açıqlanan statistik göstəricilərə istinadən bildirir ki, Bakı şəhərində 2 milyon 92 min nəfər yaşayır. MDB-yə daxil olan ölkələrin şəhərlərinin sıralamasında əhalisinin sayına görə ilk sırada Moskva yer alıb. Rusiyanın paytaxtında 11 milyon 613 min nəfərin yaşadığı bildirilir. İkinci sırada daha bir Rusiya şəhəri - Sankt-Peterburq qərarlaşıb. Rusiyanın şimal paytaxtı hesab olunan bu şəhərdə isə 4 milyon 953 min insan yaşayır. Əhalisinin sayı çox olan MDB şəhərlərinin sıralamasında 3-cü yerdə Ukraynanın paytaxtı Kiyev dayanır. Kiyevdə 2 milyon 842 min insanın yaşadığı bildirilir. 4-cü sırada yera alan Özbəkistanın paytaxtı Daşkənddə isə 2 milyon 310 min insan yaşayır.

Ümumilikdə MDB-də əhalisinin sayı milyondan çox olan 22 şəhər mövcuddur. Bunlardan 13-ü Rusiyada (Moskva, Sankt-Peterburq, Novosibirsk, Yekaterinburq, Samara, Nijniy Novqorod, Kazan, Omsk, Çelyabnsk, Rostov-na-Don, Ufa, Volqoqrad və Perim) yerləşir. Milyondan çox insanın yaşadığı daha 4 şəhər isə Ukraynaya məxsusdur. Bu şəhərlər paytaxt Kiyev, Xarkov, Odessa və Dnepropetrovskdir. Bunlardan başqa MDB-də əhalisinin sayı milyondan çox olan 22 şəhərin siyahısına Özbəkistan, Azərbaycan, Belarus, Qazaxıstan və Ermənistanın hər birindən bir şəhər daxil olub. Bunlar adları sadalanan ölkələrin paytaxt şəhərləridir - Daşkənd, Bakı, Minsk, Alma-Ata və Yerevan.

Moskva 11 612 943

Sankt-Peterburq 4 953 219

Kiyev 2 841 674

Daşkənd 2 309 300

Bakı 2 092 400

Minsk 1 900 800

Novosibirsk 1 498 921

Alma-Ata 1 472 866

Xarkov 1 451 028

Yekaterinburq 1 377 738

Nijniy Novqorod 1 254 592

Samara 1 169 184

Kazan 1 161 308

Omsk 1 156 583

Çelyabnsk 1 143 458

Yerevan 1 129 000

Rostov-na-Don 1 096 448

Ufa 1 072 291

Volqoqrad 1 018 739

Odessa 1 013 108

Dnepropetrovsk 1 000 238

Perim 1 000 672

DİGƏR XƏBƏRLƏR

Top