Rusiyanın Baş Kəşfiyyat İdarəsinin kapitanı Suriyada həlak olub

Rusiyanın Baş Kəşfiyyat İdarəsinin kapitanı Qurban Qasımov Suriyada həlak olub. “Yeniavaz.com”un “Rambler” portalına istinadən verdiyi məlumata görə, Q. Qasımov 2017-ci il avqustun 2-də hərbi tapşırığı yerinə yetirərkən həlak olub. Lakin onun ölümü barədə indi məlumat verilir. Kapitan İŞİD terror qruplaşması silahlılarının minaatanlardan atəşinə məruz qalıb. “Reuters” agentliyi avqustda məlumat vermişdi ki, 2017-ci ildə Suriyada 40 rusiyalı hərbçi həlak olub.

DİGƏR XƏBƏRLƏR

Top