İstanbul bələdiyyəsinin sədri istefa verib

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Kadir Topbaş vəzifəsindən istefa verib. O, qərarını bu gün keçirdiyi mətbuat konfransında açıqlayıb. K.Topbaş bununla belə Ədalət və İnkişaf Partiyasında (AKP) fəaliyyətini davam etdirəcəyini bildirib. Qeyd edək ki, K.Topbaş 2004-cü ildən İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri idi. report

DİGƏR XƏBƏRLƏR

Top