İndiyədək Eyfel qülləsinə ziyarət edənlərin ümumi sayı hesablanıb

Fransa paytaxtı Parisin ən diqqətəlayiq məkanı sayılan Eyfel qülləsinə 1889-cu ildən bəri 300 milyon adam baş çəkib. “Yeniavaz.com”un “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, bunu bu turizm obyektinə xidmət göstərən SETE şirkətindən deyiblər. Bu münasibətlə sentyabrın 28-də Eyfel qülləsində bayram tədbirləri planlaşdırılıb, musiqiçilərin çıxışı və işıq şousu gözlənilir. Bundan başqa, bütün ziyarətçilərə Eyfel qülləsi ilə şəkil çəkdirmək təklif ediləcək. Həmin şəkillər sonradan “300 milyon sağ ol” yazı formasında xüsusi divarda yerləşdiriləcək. Xatırladaq ki, Eyfel qülləsi 1889-cu ildə ziyarətə açılıb. Əvvəlcə o həmin il Parisdə keçirilən Ümumdünya sərgisi üçün müvəqqəti tikili kimi inşa edilib. Qüllənin hündürlüyü 324 metrdir və o, dünyada ən çox ziyarət edilən ödənişli görməli yer hesab olunur.

DİGƏR XƏBƏRLƏR

Top