Rusiyalıların 51 faizi ölkə mətbuatına inanmır

Rusiyalıların 41 faizi ölkənin kütləvi informasiya vasitələrinə (KİV) – televiziya, radio, qəzet – inanır. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə “İctimai rəy” fondunun KİV-in iqtisadi vəziyyəti işıqlandırması haqqında keçirdiyi sorğuda deyilir. Göstəricilər ötən illə müqayisədə dəyişməyib. Sorğu sentyabrın 16-17-də Rusiyanın 53 subyektindəki 104 yaşayış məntəqəsində aparılıb. Araşdırmada 1,5 min respondent iştirak edib. Rəyi soruşulanların 51 faizi Rusiya mətbuatına inanmır, respondentlərin 8 faizi müvafiq suala cavab verməkdə çətinlik çəkib. Sorğuda iştirak edənlərin 49 fazi hesab edir ki, Rusiya KİV-i ölkədəki iqtisadi vəziyyəti qeyri-obyektiv işıqlandırır, 32 faizi isə KİV-in obyektivliyinə inanır. Respondentlərin 43 faizi hesab edir ki, həqiqətdə hazırda Rusiya iqtisadiyyatında işlərin vəziyyəti KİV-in verdiyi məlumatlardan daha pisdir.

DİGƏR XƏBƏRLƏR

Top