AAAF rəsmisi Tofiq Heydərovun harda olduğunu açıqladı

“AAAF Park"ın prezidenti həbs olunmayıb. Tofiq Heydərov hal-hazırda Kosovoda keçirilən bu gündən başlayacaq Ağır Atletika üzrə yeniyetmələr arasında Avropa birinciliyi üçün komanda ilə birlikdə həmin ölkəyə yollanıb. O həm də komandanın baş məşqçisidi.

Bu sözləri “Yeniavaz.com”a açıqlamasında Ağır Ateltika Federasiyasının mətbuat xidmətinin rəhbəri Kənan Məstəliyev deyib. Onun sözlərinə görə, bu gün "AAAF Park"da axtarış aparılmayıb, həmin şəxslər Abşeron rayon icra hakimiyyətinin icraçıları idi: “Obyektlərin yenidən inventarizasiyasını aparırlar, yenidən siyahıya alınma işləri görüldü. Hazırda bütün obyektlər fəaliyyətini davam etdirir”.

Rasim Məmmədli

DİGƏR XƏBƏRLƏR

Top