Kataloniyada referendum üçün çalışan siyasətçilər hər gün pul cəriməsi ödəyəcək

İspaniya Konstitusiya Məhkəməsi Kataloniyada qadağan edilmiş müstəqillik haqqında referendum üçün iş aparan yerli məmurlara qarşı gündəlik 12 min avro cərimə tətbiq edib. “Yeniavaz.com”un “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, Barselonada yüzlərlə etirazçı gecəni Ali Məhkəmə binasının qarşısında yataraq keçirib. Bütün bunlara rəğmən, Kataloniya muxtar bölgəsinin başçısının müavini Uriol Junkeras səsverməni keçirmək istədiklərini bildirib: “Lakin hökumətin 1 oktyabr referendumundan öncə 10 milyondan çox seçki bülletenini müsadirə etməsi vəziyyəti dəyişdirib”. Qeyd edək ki, 7,5 milyondan çox insanın yaşadığı Kataloniyada müstəqillik referendumu ilə əlaqədar aparılan anketlərin sayı çox deyil. Ancaq katalon hökuməti tərəfindən iyul ayında keçirilmiş anketdə seçicilərin 31 faizi müstəqilliyi dəstəkləyib, 49 faizi isə buna qarşı çıxıb.

DİGƏR XƏBƏRLƏR

Top