“Naz –Lifan”ların istehsalı niyə azalıb? RƏSMİ CAVAB

Dövlət Statistika Komitəsinin 8 aylıq hesabatına əsasən Azərbaycanda cəmi 30 ədəd minik avtomobili istehsal edilib. Yeganə minik avtomobilləri istehsalçısı olan Naxçıvan Avtomobil Zavodunda istehsal ötən ilin eyni dövrü ilə müqayisədə 75% azalıb. Bununla yanaşı , avqust ayında istehsal olmayıb.

Avtomobil zavodunun direktor müavini Polad Sadıxov fins.az-a bildirib ki, istehsal sifariş əsasında aparılır. Sifarişlər gec verildiyi üçün istehsal prosesində də gecikmələr ola bilər: “Bilirsən, əvvəl sifariş hər ay gəlirdisə, indi 2 aydan bir gəlir. Bura həm dövlət, həm də digər sifarişlər daxildir”.

Direktor müavini ümumilikdə isə satış həcminin azaldığını etiraf edib.

Qeyd edək ki, Naxçıvan Avtomobil Zavodu "NAZ-Lifan" markalı minik avtomobilləri istehsal edir. Avtomobillərin ehtiyat hissələri Çindən idxal edilərək yerli zavodda yığılır.

DİGƏR XƏBƏRLƏR

Top