İran yeni ballistik raketini nümayiş etdirib

İran iki min kilometr məsafəyə uça bilən ballistik raketi təqdim edib.

“Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu İranın briqada generalı Əmir Əli Hacızadə deyib. Onun sözlərinə görə, raket bir neçə hərbi başlıq daşımaq qabiliyyətindədir. “Xürrəmşəhr” adlı raket Tehranda keçirilən hərbi parad zamanı nümayiş etdirilib. Hərbi paradda İran Prezidenti Həsən Ruhani və yüksəkçinli hərbçilər iştirak ediblər.

Qeyd edək ki, bu ölkənin raket proqramı ABŞ-ın kəskin reaksiyasına səbəb olur. Belə ki, Vaşinqton 18 təşkilatı və fiziki şəxsi Tehranın raket proqramı üzrə sanksiya siyahısına daxil edib.

DİGƏR XƏBƏRLƏR

Top