XİN Bağdadda saxlanılan azərbaycanlı uşaqlarla bağlı məlumat yaydı

"Bağdadda sığınacağa yerləşdirilmiş azərbaycanlı uşaqların ölkəmizə gətirilməsi üçün İraqdakı səfirliyimiz İraq hökumətinin müvafiq orqanları ilə daim təmasdadır". Bunu zərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev deyib. H. Hacıyev bildirib ki, bu məsələ diqqət mərkəzindədir: “İraqın Azərbaycandakı səfirliyi ilə sıx təmasdayıq. Xarici İşlər Nazirliyində İraq səfirliyinin əməkdaşları ilə görüş keçirilib. Hazırda uşaqların ailə üzvlərinin kimliyinin müəyyənləşdirilməsi və bu kimi bəzi məsələlərlə bağlı işlər gedir”.

Qeyd edək ki, Bağdad sığınacağına yerləşdirilmiş 2 yaşlı Xədicə və 3 yaşlı Abdulla Suriyada İŞİD-in işğalından azad edilən ərazilərdə tapılıb. Onlar ata-analarının öldüyünü bildiriblər. Rus mətbuatında uşaqları İŞİD-in nəzarətindəki ərazilərə valideynlərinin apardığı yazılıb. Həmin ərazilər terrorçulardan təmizləndikdən sonra isə sahibsiz qalmış uşaqlar təhlükəsizlik qüvvələri tərəfindən İraqa aparılıb. Uşaqlar özləri haqda tam məlumat verə bilməsə də, təqdim olunan videomaterialda Abdulla valideynlərinin öldüyünü deyir.Oxu.az

DİGƏR XƏBƏRLƏR

Top