Brent markalı neft 56,4 dollara satılır

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətdə dəyişir. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,06 dollar və ya 0,12% artaraq 50,61 dollar təşkil edib. ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,03 dollar və ya 0,05% azalaraq 56,40 dollar olub.

DİGƏR XƏBƏRLƏR

Top