Səhiyyə Nazirliyi qəzaya düşən əməkdaşları ilə bağlı məlumat yaydı

Səhiyyə Nazirliyi Biləsuvarda tibb işçilərinin xəsarət aldığı qəza ilə bağlı məlumat açıqlayıb.

Nazirliyin mətbuat xidmətindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, qəza zamanı 3 tibb işçisi xəsarət alıb: “Onlar Biləsuvar Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hər üçü xanımdır, hazırda vəziyyətləri stabildir. Yaxın günlərdə evə buraxılacaqlar”.

Tibb işçilərinin hansı səbəbdən pambıq yığımına aparıldığına gəlincə, “nazirlikdə bu barədə məlumat yoxdur”, - deyə bildiriblər.

Qeyd edək ki, sentyabrın 19-da Biləsuvar rayon Mərkəzi Xəstəxanasının işçiləri pambıq yığımından qayıdarkən, təcili yardım maşınında qəzaya uğrayıblar.oxu.az

DİGƏR XƏBƏRLƏR

Top