ABŞ-ın "Google" şirkəti Tayvanın mobil cihaz istehsalçısı olan "HTC"-nin smartfon bölməsini satın alıb. Tərəflər arasında sövdələşmənin məbləği 1,1 mlrd. dollar təşkil edib. Bu prosesin 2018-ci ildə tamamlanması gözlənilir. Bundan sonra "HTC"-nin 2 min əməkdaşı "Google"un işçiləri hesab olunacaqlar.
Qeyd edək ki, vaxtı ikən hər 10 telefondan 1-ni istehsal edən "HTC", artıq qlobal smartfon bazarındakı mövqeyini itirərək, yalnız 0,9% paya malikdir.
"Google" bundan əvvəl eyni satınalma əməliyyatlarını "LG" və "Motorola" markaları ilə də reallaşdırıb. fins.az