SOCAR bu il "Şahdəniz"dən 1,6 mlrd. kubmetr qaz alıb

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə 0,97 mlrd. kubmetr qaz idxal edilib. Bunu SOCAR-ın neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezidenti Rəhman Qurbanov "İki sahil" qəzetinin Neftçilər gününə həsr olunan xüsusi buraxılışındakı məqaləsində bildirib.

Onun sözlərinə görə, SOCAR "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan 1,96 mlrd. kubmetr qaz qəbul edib: "Şahdəniz" qaz kondensat yatağından isə hasil olunan qazın 1,6 mlrd. kubmetri SOCAR tərəfindən satın alınıb”.

O, həmçinin qeyd edib ki, 2016-cı ildə SOCAR tərəfindən 11 mlrd. kubmetr qaz satılıb: "Bundan daxili bazarda 9,7 mlrd. kubmetr olmaqla, 4,3 mlrd.kubmetri "Azərenerji" ASC-yə, 3,1 mlrd. kubmetri əhaliyə, 2,3 mlrd. kubmetri isə digər istehlakçılara satılıb. SOCAR-ın qaz ixracı 1,3 mlrd. kubmetr təşkil edib". report

DİGƏR XƏBƏRLƏR

Top