Futbol üzrə Türkiyə millisi oyunlara yeni formada çıxacaq. “Yeniavaz.com”un “Habertürk” qəzetinə istinadən verdiyi məlumata görə, Türkiyə yığmasının 2018-ci il Dünya çempionatının təsnifat mərhələsində oyunlara çıxdığı formalar xeyli sayda futbol sevərləri tərəfindən tənqid edilmişdi. Artıq 2018-ci il Dünya çempionatının final mərhələsindən öncə Türkiyə millisi üçün hazırlanmış yeni formalar internetə sızdırılıb. Tənqidlər məqsədinə çatıb. Belə ki, Türkiyə komandası bundan sonra klassik zolaqlı (əfsanə forma” forma ilə meydançaya çıxacaq.