Polşa prezidenti: "Qarabağ münaqişəsi sülh yolu ilə həll edilməlidir"

"Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll edilə bilər". “Newsarmenian.am” saytının xəbərinə görə, bunu Polşa prezidenti Anjey Duda BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində Ermənistan prezidenti Serj Sarkisyanla görüşü zamanı deyib. “Polşanın bu məsələdə mövqeyi dəyişməyib. Münaqişə sülh yolu və beynəlxalq hüquq normalarına uyğun həll edilməlidir”, - deyə o, söyləyib. S. Sarkisyan da öz növbəsində bu məsələdə ATƏT-in Minsk qrupunun həmsədrləri və Avropa İttifaqının balanslaşdırılmış mövqeyinin əhəmiyyətini vurğulayıb.Apa

DİGƏR XƏBƏRLƏR

Top