Moskvada bankomat partladılaraq 40 milyon oğurlandı

Moskvanın cənub-şərqində bankomatı partladan oğruların fəaliyyətinə görə dəymiş zərər 40 milyon rublu ötüb.

“Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Daxili İşlər Nazirliyinin (DİN) rəsmi nümayəndəsi İrina Volk deyib. Onun sözlərinə görə, dörd naməlum şəxs bankomatı zədələyərək pul vəsaitlərini götürüblər, ardından isə hadisə yerindən qaçıblar: “Zərər 40 milyondan çox rubl təşkil edib”. Bununla belə, İ. Volk bankın adını çəkməyib. RİA Novostinin mənbəsi isə bildirib ki, “Alfa-bank”ın bankomatı partladılıb.

DİN bu pulların hansı hissəsini oğurlanmış vəsait, hansı hissəsini isə bakomatın partladılmasına görə dəymiş ziyan təşkil etdiyini açıqlamayıb. Xüsusən böyük məbləğdə vəsaitin oğurlanması haqqında cinayət işi açılıb, şübhəlilərin axtarışı aparılır.

DİGƏR XƏBƏRLƏR

Top