Rusiyanın Liberal Demokrat Partiyasının (LDPR) lideri Vladimir Jirinovski köynəyin parçasının tərkibinə görə məhkəmə vazitəsilə kişi geyimləri satan İtaliya şirkətindən 100 min rubl tələb edib.
“Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bunu partiyanın mətbuat xidmətindən deyiblər. LDPR-dən bildiriblər ki, V. Jirinovskini istehlakçı kimi aldadıblar. Mətbuat xidmətindən qeyd ediblər ki, V. Jirinovski daha əvvəl təmiz pambıq tərkibli köynək sifariş verib:
“Lakin o, malı alanda aşkarlayıb ki, köynəyin tərkibində qismən sintetik parçalar var. O bunu işə gedəndə malın keyfiyyətsiz olmasına görə diskomfort hiss edərkən aşkarlayıb”.
Qeyd edək ki, şirkətin saytında təqdim olunmuş kişi köynəklərinin qiymətləri 24-78 min rubl arasında dəyişir.