Azərbaycan manatı möhkəmlənə bilər

"Tədiyyə balansı müsbət olarsa, manatın möhkəmlənməsi trendi formalaşa bilər". Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri E.Rüstəmov manatın möhkəmlənməsinin mümkün perspektivləri ilə bağlı jurnalistlərin sualını cavablandırarkən bildirib.

"Manat üzən məzənnə rejimindədir. Tədiyyə balansı müsbət olarsa, manatın möhkəmlənməsi trendi formalaşa bilər. Lakin bunu bazar həll edir. Sadəcə olaraq, hökumət və AMB düşünməlidir ki, bütünlükdə manatın möhkəmlənməsi ölkədə həyata keçirilən iqtisadi strategiyaya nə dərəcədə uyğundur. Burada ixracın dəstəklənməsi və şaxələndirilməsi diqqət mərkəzində olmalıdır", - deyə AMB sədri əlavə edib. Report

DİGƏR XƏBƏRLƏR

Top