İşğalçı rejimdən gülünc açıqlma: "Dağlıq Qarabağ" dünyanın ən sürətlə böyüyən iqtisadiyyatıdır

Bu ilin ilk yarısında qondarma Dağlıq Qarabağ Respublikasında 216 milyon dollarlıq (102 milyard dram) və ya ötən ilin eyni dövrü ilə müqayisədə 14,9% çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub. "Yeniavaz.com" qondarma respublikanın Statistika Xidmətindən açıqlanan göstəricilərə istinadən bildirir ki, ötən ilin yanvar-iyun ayları ilə müqayisədə bu ilin ilk iki rübündə inşaat sektorunda ÜDM istehsalı 38,3% artaraq 42,3 milyon dollar (20 milyard 213,8 milyon dram ) təşkil edib.

Ötən ilin yanvar- iyun ayları ilə müqayisədə bu ilin ilk 6 ayında orta aylıq nominal əmək haqqı 1,2% artaraq 316,9 dollar (151 min 497dram) olub.

2017-ci ilin yanvar-iyun aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə məhsulların qiyməti və xidmət tarifləri 1,1% ucuzlaşıb.

Sənaye istehsalının həcmi yanvar-iyun aylarında ötən ilin eyni dövrünə nisbətən 50,1% artaraq 79,6 milyon dolları (38 milyard 55 milyon dram) olub.

Kənd təsərrüfatı məhsullarının istehsalı cari ilin ilk ilk rübündə 2016-cı ilin yanvar-iyun ayları ilə müqayisədə 0,5% azalaraq 61,4 milyon dollar (29 milyard 348,8 milyon dram) təşkil edib.

2016-cı ilin yanvar-iyun ayları ilə müqayisədə bu ilin ilk yarısında xarici ticarət dövriyyəsi 46,6% artaraq 196 milyon 337,8 min dollar olub.

2017-ci ilin ilk yarısında pərakəndə ticarət dövriyyəsi ötən ilin eyni dövrünə nisbətən 17,9% artaraq 104 milyon dollar (49 milyard 926,9 milyon dram) təşkil edib.

2016-cı ilin yanvar-iyun ayları ilə müqaisədə cari ilin yanvar-iyun aylarında göstərilən xidmətlərin həcmi 4,4% artaraq 56,4 milyon dollara (26 milyard 990,9 milyon drama) bərabər olub.

Məlumat üçün bildirək ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) açıqladığı sonuncu statistik göstəricilərdə qeyd olunur ki, dünya ölkələri arasında ən yüksək ÜDM artımı Naurada qeydə alınıb - 10,4%. Qondarma respublikanın Statistika Xidmətindən açıqlanan göstəricilərə inansaq, o zaman belə nəticəyə gəlmək olar ki, heç bir dövlət tərəfindən tanınmayan, müharibə şəraitində və blokadada olan "Dağlıq Qarabağ" dünyada ən sürətlə böyüyən iqtisadiyyat hesab olunmalıdır.

DİGƏR XƏBƏRLƏR

Top