Milli Məclisin payız sessiyasının ilk iclasının vaxtı və gündəliyi açıqlandı


Milli Məclisin payız sessiyasının ilk plenar iclasının vaxtı bəlli olub. Milli Məclisdən verilən məlumata görə, payız sessiyasının ilk plenar iclası sentyabrın 30-da keçiriləcək. Gündəlikdə bir sıra qanunlara dəyişiklər və sazişlərin təsdiqlənməsi ilə bağlı məsələlər müzakirə ediləcək. Bunlar aşağıdakılardır:

Əmək Məcəlləsinə dəyişiklik;

“Diplomatik xidmət haqqında” qanuna dəyişiklik;

“Əmək pensiyaları haqqında” qanuna dəyişiklik;

“Muzeylər haqqında” qanuna dəyişiklik;

“Rəsmi statistika haqqında” qanuna dəyişiklik;

“Sanitariya-epidemioloji salamatlıq haqqında” qanuna dəyişiklik;

“Sərhəd qoşunları haqqında” qanuna dəyişiklik;

“Təhsil haqqında” qanuna dəyişiklik;

“Heyvanlar aləmi haqqında” qanuna dəyişiklik;

“Müdafiə haqqında” qanuna dəyişiklik;

“Yanğın təhlükəsizliyi haqqında” qanuna dəyişiklik;

“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanuna dəyişiklik.

Modern.az

DİGƏR XƏBƏRLƏR

Top