Gürcüstandan pirotexniki vasitələrin gətirilməsinin qarşısı alınıb

Gömrükdə avtomobildə külli miqdarda pirotexniki vasitə aşkar olunub. Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib. İdarənin "Sınıq Körpü" gömrük postunda keçirilən baxış zamanı həmin nəqliyyat vasitəsinin müxtəlif yerlərində, üzərində "Petards" yazısı olan 70 blok (hər birində 10 qutu olmaqla), üzərində "Crazy robs" yazısı olan 36 blok (hər birində 12 ədəd olmaqla) və üzərində "Qranat" yazısı olan 108 ədəd pirotexniki vasitə aşkar olunub. Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top