Səudiyyə Ərəbistanında qadınlara daha bir vəzifə tutmalarına icazə verildi

Səudiyyə Ərəbistanında qadınlar ölkə tarixində ilk dəfə olaraq avidispetçer vəzifəsində işləyə biləcəklər. “Yeniavaz.com”un “Lenta.ru” saytına istinadən verdiyi məlumata görə, “Saudi Air Navigation Services” şirkəti dövlət mülki aviasiya akademiyasında bir il təhsil alan qadınları işə qəbul etməyə hazırdır. Şirkətdən qeyd ediblər ki, bu plan “Vision 2030” milli proqramının tərkib hissəsidir. Proqram iqtisadiyyatın şaxələndirilməsinə və ölkə vətəndaşları üçün iş yerlərinin artırılmasına hesablanıb. Qeyd edək ki, Səudiyyə Ərəbistanında qadınlara yaxın qohumunun və ya ərinin müşayiəti olmadan aerportlar və aerodromlar daxil olmaqla dövlət müəssisələrinə getmələri qadağandır.

DİGƏR XƏBƏRLƏR

Top