“İsgəndər” raketi ən uzaq məsafəyə buraxıldı

“Qərb-2017” təlimlərində modernləşdirilmiş “İsgəndər-M” raket kompleksindən raketin maksimum məsafəyə buraxılması uğurla həyata keçirilib. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir. Qeyd edilir ki, raket Qazaxıstandakı poliqonda hədəfi vurub. Nazirliyin məlumatında bildirilir: “Bu gün Rusiya Müdafiə Nazirliyinin Həştərxan vilayətindəki poliqonunda Belarus və Rusiya silahlı qüvvələrinin “Qərb-2017” birgə strateji təlimləri çərçivəsində Quru qoşunların modernləşdirilmiş “İsgəndər-M” raket kompleksindən maksimum məsafəyə uğurlu buraxılma həyata keçirilib”. Nazirlikdən əlavə ediblər ki, yüksək güclü raket 480 kilometr məsafəni qət edərək Makat poliqonundakı hədəfi uğurla vurub.

DİGƏR XƏBƏRLƏR

Top