Erməni milyarderin oğlunun Moskvadakı toyuna çəkilən fantastik xərclər VİDEO

Ötən gün Moskvada “Safisa” sarayında erməni milyarder, “Taşir” şirkətlər qrupunun sahibi Samvel Karapetyanın kiçik oğlunun toy mərasimi keçirilib. “Yeniavaz.com”un “Komsomolskaya pravda” qəzetinə istinadən verdiyi məlumata görə, mərasimdə Alla Puqaçova, “Leninqrad” qrupu, Nikolay Baskov, Filipp Kirkorov, Eros Ramazotti toya gələnləri əyləndiriblər. Qonaqlar arasında Ermənistan Prezidenti Serj Sarkisyan və Baş nazir Karen Karapetyan da olub. Toyun “tamadaları” qismində isə Rusiyanın populyar aparıcıları Andrey Malaxov, Yana Çurikova və Kseniya Sobçak çıxış ediblər.

“Komsomolskaya pravda” qəzeti cütlüyün valideynlərinə toyun neçəyə başa gəldiyini hesablamağa çalışıb. Beləliklə təqribən 7 kiloqram ağırlığında olan gəlinlik libasını məşhur livanlı dizayner Zuhair Murad tikib. Onun tikdiyi libasların qiyməti 50 min avro (3 milyon rubldan çox) və daha yüksək qiymətdən başlayır. Valideynlər floristikaya da az pul xərcləməyiblər. Dizaynerlər təkcə cütlüyün nikah bağladığı kilsəni deyil, həm də iri banket zalını da bəzəyiblər. Bu cür bəzək işləri azı 20 milyon rubla başa gəlir. Ulduzlara verilən qonorarla da öz yerində. A. Malaxov hazırda korporativ tədbirlərdə 2 milyon rubla işləyir, K.Sobçak konfrensa görə təqribən 25 min avro (1 milyon rubldan çox) alır, E. Ramazotti təqribən 40 min avro (3 milyon rubl civarında), N. Baskov 100 min avro (6 milyon rubldan çox), F. Kirkorov 150 min avro (10 milyon rubldan artıq), “Leninqrad” qrupu 150 min avro, A. Puqaçova isə təxminən 350 min avro (təqribən 25 milyon rubl) qonorar alır. 300 kiloqram ağırlığındakı ağ çardaq formasında olan tort isə bir neçə yüz min rubla başa gəlib.

Samvel

DİGƏR XƏBƏRLƏR

Top