Məşhur futbolçu sürücülük hüququndan məhrum edildi

İngiltərənin “Everton” futbol klubunun hücumçusu Ueyn Runi məhkəmənin qərarı ilə sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə iki il müddətinə sürücülük hüququndan məhrum edilib. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, futbolçu, həmçinin 100 saat islah işlərinə məhkum edilib. U. Runi bu gün məhkəmə qarşısına çıxaraq sərxoş vəziyyətdə avtomobil idarə etdiyini etiraf edib. Bildirilir ki, əgər futbolçu 2 fevral 2019-cu ilədək sürücülər üçün xüsusi təlimlərdən keçərsə, sürücülük hüququndan məhrumetmə müddəti 24 həftə azaldıla bilər.

Xatırladaq ki, polis şam yeməyindən qayıdan U. Runinin avtomibilini avqustun 31-də evinin yaxınlığında saxlayıb. Futbolçu həsb olunub və ona qarşı rəsmi ittiham sürülüb. “Everton” klubu bu hərəkətinə görə, hücumçunu 350 min avro məbləğində cərimələyib ki, bu da onun klubda iki həftəlik məvacibinə bərabərdir. “Everton”un baş məşqçisi Ronald Kuman isə insidentin təkrarlanacağı təqdirdə, U. Runini transferə çıxara biləcəklərini bildirib.

DİGƏR XƏBƏRLƏR

Top