Qətər ABŞ-dan sonra Britaniyadan da hərbi təyyarə alacaq

Qətərlə Britaniya arasında bir neçə milyard dollar dəyərində müqavilə imzalanıb. Xarici KİV xəbər verir ki, Britaniyanın müdafiə naziri Maykl Fellon bu müqavilənin imzalanmasına bir neçə il vaxt sərf olunduğunu etraf edib. Müqaviləyə əsasən, Qətər Britaniyadan 24 “Eurofighter Typhoon” hərbi təyyarəsi alacaq.

Qeyd edək ki, bu ilin iyununda ABŞ-ın Qətərə 72 “F-15” hərbi təyyarəsi satması haqqında müqavilə imzalanıb. Həmin müqavilə 12 milyard dollar dəyərindədir.Report

DİGƏR XƏBƏRLƏR

Top