Aİ terrorla mübarizədə hərbi variantı nəzərdən keçirir

Avropa İttifaqı (Aİ) terrorçularla mübarizədə hərbi həll variantını nəzərdən keçirir. “Yeniavaz.com”un “Rosbalt” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Aİ-nin terrorla mübarizə üzrə əlaqələndiricisi Jil de Kerkov deyib. Onun sözlərinə görə, bu variant digər dövlətlərin ərazisinə müdaxiləni ehtiva etmir: “Bu addım məhdud xarakterə malik olmalıdır və 11 sentyabr 2001-ci il terror hücumlarından sonra qoşunlarını İraq və Əfqanıstana göndərən ABŞ-ın təcrübəsini təkrarmamalıdır”. Əlaqələndirici bildirib: “Biz hərbi cavabı istisma etmirik, lakin biz kiçik Buş kimi tamamilə hərbi yanaşmanı istəmirik”.

DİGƏR XƏBƏRLƏR

Top