Rusiya və kürd muxtariyyəti qaz kəmərinin tikintisi haqqında saziş imzalayacaq

Rusiyanın “Rosneft” şirkəti 2017-ci ilin sonunadək İraq Kürdüstan Regional Hökuməti ilə bölgədə qaz boru kəməri infrastrukturunun maliyyələşdirilməsi haqqında saziş imzalamağı planlaşdırır.

“Yeniavaz.com”un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə şirkətin məlumatında deyilir. Qaz infrastrukturu layihəsinə investisiyalar BOOT ((Build-Own-Operate-Transfer: tikinti, sahib olma, istismar, təhvil vermə) sxemi üzrə həyata keçiriləcək. Qoyulmuş vəsaitlər tarif yığımları və razılaşdırılmış gəlir normaları hesabına qaytarılacaq. Güman edilir ki, boru kəmərinin buraxılış qabiliyyəti əsas daxili istehlakçılara edilən tədarüklərə əlavə olaraq, ildə 30 milyard kubmetr həcmində qaz ixracını təmin edəcək. Kürdüstan regional qaz kəməri təkcə bölgənin elektrik stansiyaları və zavodlarına təbii qaz tədarükünü təmin etməyəcək, həm də yaxın illər ərzində Türkiyə və Avropa bazarına xeyli həcmdə yanacaq ixrac etməyə imkan verəcək. Layihə 2019-cu ildə boru kəmərinin istismara verilməsini və daxili istehlakçılara ilk qaz tədarüklərini, 2020-ci ildən isə qaz ixrac tədarüklərinin başlanmasını nəzərdə tutur.

DİGƏR XƏBƏRLƏR

Top