Türk ordusu kürd muxtariyyəti ilə sərhəddə hərbi təlimlərə başladı

Türkiyə ordusu sentyabrın 18-də Silopi Habur ərazisində hərbi təlimlərə başlayıb.

“Yeniavaz.com”un “CNN Türk” telekanalına istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin açıqlamasında deyilir. Habur sərhəd məntəqəsi Türkiyənin Şırnak vilayəti ilə İraq Kürdüstan Regional Hökumətinin (İKRH) Zaho şəhəri arasında keçidi təmin edir. Hərbi təlimlərlə eyni vaxtda terrorçuluqla mübarizə çərçivəsində sərhəd bölgəsində əməliyyatların keçirilməsi davam etdirilir.

Qeyd edək ki, Türkiyənin kürd muxtar bölgəsi ilə sərhədinin uzunluğu 350 kilometrdir. İKRH sentyabrın 25-də müstəqillik haqqında referendum keçirməyi planlaşdırır.

DİGƏR XƏBƏRLƏR

Top