“ABŞ Saakaşvilinin köməkliyi ilə DÇ-2018-i pozmağa çalırşır”

Rusiya mətbuatının Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin fəaliyyətinə qarşı yüksək diqqəti yanlışdır, çünki o, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) ciddi layihəsi çərçivəsində işləyir.

“Yeniavaz.com”un RBK-ya istinadən verdiyi məlumata görə, bunu Gürcüstan parlamentinin sabiq spikeri, “Demokratik hərəkat – Vahid Gürcüstan” partiyasının lideri Nino Burcanadze deyib. O hesab edir ki, bu layihənin məqsədi Rusiyanı 2018-ci il futbol üzrə Dünya çempionatını keçirmək hüququndan məhrum etməkdir. N. Burcanadze əmindir ki, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru həmin il keçiriləcək Rusiya prezidentliyinə seçkilərinə təsir etmək istəyir: “MKİ-nin planında qarşıya qoyulmuş məqsədlərə Ukrayna, Moldova və Gürcüstanda Rusiya üçün ağır problemlərin yaradılması yolu ilə nail olunmalıdır. Fikrimcə, Saakaşvilinin özü gözəl başa düşür ki, o, sonadək getməlidir. Saakaşvili nail olub ki, dünyanın, o cümlədən Rusiyanın bütün telekanallarında onu göstərirlər”.

DİGƏR XƏBƏRLƏR

Top