
Dünən Mingəçevirdə 2 yaşlı körpə doqquzmərtəbəli binanın beşinci mərtəbəsindən yıxılıb. "Yeniavaz.com" xəbər verir ki, hadisə məcburi köçkün şəhərciyində baş verib. Belə ki, ailəsi ilə birlikdə Bakıdan Mingəçevirə ailəsi ilə qonaq gəlmiş 2015-ci il təvəllüdlü Bakı sakini Balayev Kənan Emin oğlu valideynlərinin diqqətindən yayınaraq 5-ci
mərtəbədən yıxılıb. Xəsarət almış körpəyə tibbi yardım göstərilib. Həkimlərin saytımıza verdikləri məlumata görə, uşaq Reanimasiya Şöbəsinə gətiriləndə vəziyyəti ağır olub. Kəllə-beyin travması alan azyaşlının vəziyyəti indi də çox ağırdır.
Esmira Hidayətova, Mingəçevir
Tətbiqimizi yükləyə bilərsiniz