Türkiyədə terror planlaşdıran 10 nəfər zərərsizləşdirilib

Türkiyə Silahlı Qüvvələri terror törətməyi planlaşdıran 10 terrorçunu zərərsizləşdirib, daha 4-ü isə hərbçilərə təslim olub. Bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb. Onların 3-ü Türkiyənin Hakkari əyalətinin Çukurca rayonundakı hərbi hissəyə hücum etmək istəyərkən məhv ediliblər. Məlumata görə, ölkənin Siirt əyalətinin Eruh rayonuda keçirilən antiterror əməliyyatı nəticəsində 7 terrorçu havadan endirilən zərbələr nəticəsində məhv edilib. İraqın şimalındakı terrorçuların sığınacaqlarından qaçan 4 terrorçu isə Türkiyənin Şırnak əyalətinin Silpi rayonunda hərbçilərə təslim olub.Report

DİGƏR XƏBƏRLƏR

Top