Rumıniya yığmasının yeni baş məşqçisi bəlli olub

Buxarest “Dinamo"suna rəhbərlik edən Kosmin Kontra Rumıniya yığmasının yeni baş məşqçisi təyin edilib. Bu barədə ölkə futbol Federasiyasının saytında bildirilir. 42 yaşlı mütəxəssis istefaya göndərilən Kristof Daumu əvəzləyəcək. Məlumata görə, K.Kontra ilə iki illik müqavilə imzalanıb. Tanınmış almaniyalı məşqçi K.Daum 2016-cı ildə Rumıniya millisinə gətirilmişdi. Onun rəhbərliyi altında rumınlar DÇ-2018-in seçmə mərhələsində səkkiz oyunda cəmi 9 xal toplayaraq qrupdan çıxmaq şansını tamamilə itiriblər.Apa

DİGƏR XƏBƏRLƏR

Top