Telman İsmayılov axtarışa verilə bilər

Çerkizovsk bazarının keçmiş sahibi azərbaycanlı Telman İsmayılov cinayətkar qruplaşmanın yaradılması və qətllər haqqında cinayət işi çərçivəsində yaxın vaxt ərzində axtarışa verilə bilər. “Yeniavaz.com”un məlumatına görə, bunu “Rosbalt” agentliyinə Rusiya hüquq-mühafizə orqanlarındakı mənbə deyib. Cinayət işləri arasında Lianozovsk bazarının yandırılması da var. Rusiya İstintaq Komitəsi materialları icraata götürüb. Mənbə bildirib ki, cinayət işi Rusiya Cinayət Məcəlləsinin beş maddəsi üzrə araşdırılır: cinayətkar qruplaşmanın təşkili, qətl, qanunsuz silah saxlama, qanunsuz bank fəaliyyəti və yandırma. Onun sözlərinə görə, İsmayılovlar ailəsinin əli olduğu ehtimal edilən qətllərin sayı 10-u ötüb.

Qeyd edək ki, T. İsmayılovun qardaşı Rafiq hazırda həbsdədir. Onun Daxili İşlər Nazirliyinin keçmiş yüksək vəzifəli əməkdaşı olmuş digər qardaşı Vaqif isə axtarışa verilib. Bu həftə T. İsmayılovun kotteclərində və mənzillərində axtarışlar aparılıb. İş üzrə sahibkarın oğullarının adları da hallanır.

DİGƏR XƏBƏRLƏR

Top